Bank Of Baku

“Qadın və inkişaf” mövzusunda dəyirmi masa keçirilib

“Qadın və inkişaf” mövzusunda dəyirmi masa keçirilib
# 16 mart 2012 14:46 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakıda İsveçin “Qadın və cəmiyyət” təşkilatının nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən “Qadın və inkişaf” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə hər iki ölkənin fəal qadınları iştirak edib.

Dəyirmi masada çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda qadın hərəkatına, sivilizasiyalararası dialoqda qadınların iştirakı məsələsinə böyük diqqət yetirilir: “İsveç nümayəndə heyətinin səfəri bu sahədə atılan növbəti uğurlu addım kimi qiymətləndirilməlidir. Müxtəlif sahələrdə təcrübə mübadiləsinin inkişafı və əlaqələrin genişləndirilməsi olduqca vacibdir”.

Tədbirdə çıxış edən İsveç nümayəndə heyətinin üzvləri ölkələrində qadınlara olan münasibətdən, qadınların ictimai-siyasi həyatdakı rolundan danışıblar. Onlar bu sahədə Azərbaycanla əməkdaşlığa böyük önəm verdiklərini deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR