Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyi ilə TQDK “Biologiya” dərsliklərində yol verilən qüsurları müzakirə edib

Azərbaycan Təhsil Nazirliyi ilə TQDK “Biologiya” dərsliklərində yol verilən qüsurları müzakirə edib
# 17 mart 2012 07:18 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dünən Təhsil Nazirliyində keçirilən görüşdə hər iki təhsil qurumunun nümayəndələri, dərslik müəllifləri və ekspertlər iştirak ediblər. Müzakirələrə TN-in şöbə müdiri Faiq Şahbazlı, nazirliyin Biologiya fənni üzrə elmi-metodiki şurasının sədri Məcnun Babayev, ADPU-nun professoru Ədalət Fərəcov, TQDK-nın sektor müdiri Afiqə Batıyeva, TQDK-nın biologiya fənni üzrə elmi-metodiki seminarının rəhbəri Tariyel Heybətov, ekspert Tural Məmmədxanov, Komissiyanın aparıcı məsləhətçisi Ruhəngiz Əliyeva qatılıblar.
TN və TQDK-nın mütəxəssilərinin qarşılıqlı əməkdaşlığının nəticəsi olaraq müzakirələr zamanı biologiya dərsliklərində aşkar edilən nöqsanlar bir daha gözdən keçirilib və yeni dərsliklərin çapı zamanı həmin səhvlərin aradan qaldırılması üçün lazımi tədbirlərin görüləcəyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR