Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,630 mln. nəfərə çatıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,630 mln. nəfərə çatıb
# 17 mart 2012 08:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin mart ayının əvvəlinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 629 min nəfər olub və onlardan 4 380,4 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin orta siyahı sayı 1 361,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 844,7 min nəfər, qeyri-dövlət bölməsində isə 517 min nəfər təşkil edib.

Bununla yanaşı, iqtisadiyyatın neft sektorunda 36,4 min nəfər, qeyri-neft sektorunda isə 1 325,3 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1 321,9 min nəfər təşkil edib. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,4%-i məhsul istehsalı sahələrində, onlardan 6%-i tikintidə, 6%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,6%-i mədənçıxarma sənayesində, 2,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olub.

Martın 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38,7 min nəfər olub ki, onların 42,8%-ni qadınlar təşkil edir. Hər bir boş iş yerinə işsiz statusuna malik olanların 3 nəfəri düşür. İşsizliyə görə müavinətin orta məbləği 205,3 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR