Bank Of Baku

Novruz bayramı Londonda təntənəli qeyd olunub - FOTO

Novruz bayramı Londonda təntənəli qeyd olunub - <font color=red>FOTO</font>
# 17 mart 2012 10:47 (UTC +04:00)
Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Avropa Azərbaycan Cəmiyyəti (AAC) və Azərbaycanın Böyük Britaniyadakı səfirliyi tərəfindən təşkil edilib.

AAC-dan APA-ya verilən məlumata görə, 600-dən çox azərbaycanlı, Londondakı diplomatların qatıldığı tədbir bu şəhərdə keçirilən ən böyük Novruz şənliklərindən olub. Tədbirdə iştirak edənlər milli yeməklərin dadına baxıb, musiqi, Bakıdan getmiş “Şərq çırağı” uşaq rəqs qrupunun ifasından zövq alıblar. Londonda yerləşən Kaspi-Xəzri məktəbinin uşaqları dil və mədəniyyəti qoruduqlarını nümayiş etdirərək azərbaycanca şeir söyləyiblər.

“Bu bütün azərbaycanlılar üçün xüsusi gün, ölkənin əsas bayramıdır. 2010-cu ildə UNESCO martın 21-ni Beynəlxalq Novruz Günü elan etdi, ötən il bu bayram UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısı”na daxil edilib. Bu, Azərbaycanın qədim təqvimində Yeni İlin başlanğıcı, təbiətin oyanması deməkdir”, - deyə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov bildirib.

AAC-ın təsisçisi və sədri Tale Heydərov isə çıxışında qeyd edib ki, Novruz Azərbaycanın ənənəvi, qədim bayramıdır: “Bu bayramı birlikdə, Azərbaycan yeməklərindən dadaraq və Novruz rəmzlərini paylaşaraq qeyd etmək çox vacibdir. Mən Azərbaycanda olmamış hər kəsi bu ölkəyə dəvət edirəm, mayda Bakıda “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi bunun üçün yaxşı fürsətdir”.

Tədbirdə qeyd olunub ki, xristianlıq və İslamdan əvvələ təsadüf edən Novruzun yaranma tarixi sirli qalsa da, bu bayram əsasən Yeni İlin və yazın gəlişi kimi qeyd olunur. Azərbaycanda bu bayram münasibətilə beş gün qeyri-iş günü elan olunub. Bu bayramda ağac əkilir, yumurtalar boyanır, paxlava və s. şirniyyatlar bişirilir. Səməni bayram süfrəsinin əsasını təşkil edir.

Sovet hakimiyyəti zamanı Azərbaycanda Novruz bayramı qeyri-rəsmi olaraq qeyd olunurdu, çox zaman isə qadağan edilirdi. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Novruz millətin kimliyi ilə eyniləşdi.

Bu təntənəli gecənin uğuru sübut etdi ki, Novruz təkcə Azərbaycanda deyil, həm də bütün dünya səviyyəsində əhəmiyyətlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR