Bank Of Baku

Martın 23-də Ümumdünya Meteorologiya Günü qeyd olunacaq

Martın 23-də Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
# 19 mart 2012 06:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Martın 23-ü Ümumdünya Meteorologiya Günüdür. Ekologiya və Təbii Sərvətlər nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan 1993–cü ildən Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Konvensiyasına qoşulub və bu Konvensiyadan irəli gələn bütün tələblərə əməl edir. 2012-ci ilin oktyabr ayında Cenevrə şəhərində 2019-cu ilədək hidrometeoroloji xarakterli təbii fəlakət hadisələrindən dəyən ziyanın minimuma endirilməsi, insanlar arasında tələfatın 1994-2003-cü illərə nisbətən iki dəfə azaldılması və digər məsələlərlə bağlı ÜMT-nin növbədənkənar 17-ci sessiyasının keçirilməsinə qərar verilib.
Məlumatda bildirilir ki, ETSN-nin Milli Hidrometeorologiya Departamenti tərəfindən müşahidə şəbəkələri yeni cihaz və avadanlıqlarla, o cümlədən avtomat meteoroloji stansiyalarla təmin edilir ki, bu da müşahidələrin operativ ötürülməsini və istifadəsini təmin edir. Hava şəraitini idarə etmək mümkün olmasa da, müşahidələrin aparılması və daha yüksək dəqiqliklə qabaqcadan verilən proqnoz və xəbərdarlıqlar nisbətən əlverişli və təhlükəsiz həyat üçün zəmin yarada bilir. Bununla da təbii fəlakətlərin təsirlərinin nisbətən yumşaldılması məqsədilə iqtisadiyyatın bütün sahələrində keyfiyyətli hidrometeoroloji xidmətə tələbatların artması müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR