Bank Of Baku

Azərbaycanda notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata dəyişikliklər edilib

Azərbaycanda notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata dəyişikliklər edilib
# 19 mart 2012 07:34 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Nazirlər Kabineti «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»da dəyişikliklər edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Dəyişikliyə əsasən nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal Ədliyyə Nazirliyinin "Notariat Sənədlərinin Elektron Məlumat Bankı"na daxil etməlidir. Ədliyyə Nazirliyi isə öz növbəsində daxil olmuş məlumatı texniki vasitələrdən istifadə etməklə üç gün müddətində Daxili İşlər Nazirliyinə göndərməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR