Bank Of Baku

Bu il Azərbaycanda doktoranturaya qəbul yeni standartlar əsasında keçiriləcək

Bu il Azərbaycanda doktoranturaya qəbul yeni standartlar əsasında keçiriləcək
# 19 mart 2012 09:38 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, hazırda Təhsil Nazirliyi doktorantura üzrə təhsil standartlarının yekun variantı üzərində işləyir. A. Həşimov deyib ki, Azərbaycan Nazirlər Kabineti Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların yeni təsnifatını təsdiq edib: “Bu il doktoranturaya qəbul həmin təsnifatdakı ixtisaslara uyğun aparılacaq. İxtisasların yeni nomenklaturası həm UNESCO-nun, həm də dünyanın digər qabaqcıl ölkələrinin nomenklaturalarına uyğundur”. I vitse-prezident doktorantura üzrə ixtisasların yeni təsnifatında bütün istiqamətlər üzrə yeni ixtisasların əlavə edildiyini bildirib.

Onun sözlərinə görə, bu il də doktoranturaya sənəd qəbulunun avqust ayında elan ediləcəyi, qəbul imtahanlarının isə payızda keçiriləcəyi gözlənilir. Bununla da AMEA magistraturanı bu il bitirən gənclərə də şərait yaratmaq istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR