Bank Of Baku

Aprelin 8-də keçiriləcək ilk sınaq imtahanına yazılış martın sonunda başlayacaq

Aprelin 8-də keçiriləcək ilk sınaq imtahanına yazılış martın sonunda başlayacaq
# 19 mart 2012 09:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək etmək məqsədilə aprelin 8-də keçiriləcək ilk sınaq imtahanına yazılış martın sonundan başlayacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin imtahana yazılmaq istəyən abituriyentlər mobil telefonlardan “Azercell” və “Bakcell” nömrələrindən 7735 nömrəsinə boş sms göndərməklə iş nömrəsi və şifrə əldə edə bilərlər.

“Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan şəxslər də komissiyanın internet saytından ödəmə etməklə iş nömrəsi və şifrə ala bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR