Bank Of Baku

Azərbaycanda təcrübəli həkimlərin dövlət xəstəxanalarından özəl sektora axınının qarşısını almaq üçün tədbirlər görüləcək

Azərbaycanda təcrübəli həkimlərin dövlət xəstəxanalarından özəl sektora axınının qarşısını almaq üçün tədbirlər görüləcək
# 19 mart 2012 12:25 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu, Azərbaycan Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında imzalanmış 2012-2013-cü illər üçün Baş Kollektiv Sazişdə nəzərdə tutulur.

«APA-Economics»in məlumatına görə, sazişdə bildirilir ki, sənədi imzalayan tərəflər səhiyyənin dövlət sektorunun prioritet rolunun saxlanılması və özəl tibb sektoruna dövlət müəssisələrindən təcrübəli həkim personalının axınının qarşısının alınması məqsədilə səhiyyə işçilərinin maddi təminatının yaxşılaşdırılması üçün tədbirlər görəcəklər.

Xatırladaq ki, təcrübəli həkim personalının özəl sektora axınının əsas səbəbi özəl xəstəxanalarda maaşların dövlət müəssisələrinə nisbətən yüksək olmasıdır. Bunu statistik göstəricilər də təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin sonunda özəl sektordakı həkimlərin maaşları dövlət sektorundakına nisbətən 61% artıqdır. Belə ki, həmin dövrdə Azərbaycanda əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində orta əmək haqqı 155,2 manat təşkil edib. Dövlət sektorunda orta maaş 151,7 manat olduğu halda, özəl sektorda bu rəqəm 244,8 manat olub.

Bəzi ixtisas növlərində isə özəl sektorda çalışan həkimlərin maaşları dövlət müəssisələrində çalışanlardan dəfələrlə artıqdır. Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqasının sədri Sahib Məmmədov «APA-Economics»ə bildirib ki, özəl və dövlət sektorunda həkimlərin maaşlarının fərqi ümumilikdə 3 dəfədən artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR