Bank Of Baku

Bakı-Şamaxı magistral avtomobil yolundakı sürüşmə sahələrində aktivləşmə müşahidə olunur - YENİLƏNİB

Bakı-Şamaxı magistral avtomobil yolundakı sürüşmə sahələrində aktivləşmə müşahidə olunur - <font color=red>YENİLƏNİB</font>
# 19 mart 2012 14:21 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bakı-Şamaxı magistral avtomobil yolundakı sürüşmə sahələrində aktivləşmə müşahidə olunur. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib. Onun sözlərinə görə aktivləşmələr yolun 103, 106 və 109-cu kilometrliklərində mövcud sürüşmə sahələrində qeydə alınıb.

Ş. Niftiyev deyib ki, sürüşmə sahələrində aktivləşmələr yolda torpaq çökmələrinə səbəb olub və çatlar əmələ gəlib. Onun sözlərinə görə, ərazidə böyük qar örtüyü var və vaxtında tədbirlər görülməsə, qarın əriməsi, həmçinin yağışlar yolda sürüşməni daha da sürətləndirəcək, bu isə yolda böyük təmir işlərinə ehtiyac yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR