Bank Of Baku

ETSN Şamaxı rayonunun Muğanlı kəndi ərazisində baş verən torpaq sürüşməsi ilə bağlı məlumat açıqlayıb

ETSN Şamaxı rayonunun Muğanlı kəndi ərazisində baş verən torpaq sürüşməsi ilə bağlı məlumat açıqlayıb
# 19 mart 2012 14:52 (UTC +04:00)
Nazirliyin rəyinə əsasən Muğanlı kəndi ərazisində baş verən torpaq sürüşməsi ilə əlaqədar həmin ərazidəki evlər boşaldılmalıdır. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib. Onun sözlərinə görə, Şamaxı rayonunun Muğanlı kəndi ərazisində atmosfer çöküntülərinin normadan artıq düşməsi mürəkkəb geoloji və mühəndisi geoloji şəraitlə səciyyələnən yüksək məsaməli süxurların su ilə tam doymasına, onların yükgötürmə qabiliyyətinin zəifləməsinə, ilişmə qüvvəsinin azalmasına və yamacboyu relyefə uyğun olaraq sürətlə hərəkət etməsinə şərait yaradıb: “Sürüşmə kütləsində olan çatların ölçüləri artıb, sürüşmə prosesləri daha böyük əraziləri əhatə edib. Sürüşmə kütləsində və onun qarşı hissəsində yerləşən 18 fərdi yaşayış evinə ciddi ziyan dəyib. Evlər yaşayış üçün tam təhlükəli vəziyyətə gəlib, kənd ərazisində və ona yaxın olan meşə zolağında sürüşmənin aktivliyi müşahidə olunmaqdadır. Qar örtüyünün əriməsi bu prosesi daha da gücləndirə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR