Bank Of Baku

Heydər Əliyev Sarayında uşaqlar üçün “Novruz şənliyi” keçirilib

Heydər Əliyev Sarayında uşaqlar üçün “Novruz şənliyi” keçirilib
# 22 mart 2012 13:15 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Heydər Əliyev Sarayının səhnəsində uşaqlar üçün respublikanın ən maraqlı və ən geniş “Novruz şənliyi” keçirilib. APA-nın məlumatına görə, əyləncəli konsert proqramında tanınmış uşaq kollektivləri, “Asiman” rəqs kollektivi, “Dəcəl qızlar” mahnı rəqs ansamblı və Çingiz Mustafayev adına uşaq yaradıcılıq mərkəzinin kollektivləri iştirak ediblər. Şənlikdə xüsusilə “Keçəl-Kosa” səhnəciyi uşaqların böyük marağına səbəb olub. “Novruz şənlikləri”nin sonunda uşaqlar lazer şousunun və bir çox başqa sürprizlərin şahidi olublar. “Novruz şənlikləri” sabah da davam edəcək. Saat 13:00 başlayacaq konsertin biletlərinin qiyməti 5-10 manat arasındadır.
Qeyd edək ki, şənlikdə sarayın dəvəti ilə, Ramanı Uşaq evi, “UAFA” təşkilatı, Azərbaycan Əlillər Cəmiyyəti, “Uşaqların Sağlam Gələcəyi” İctimai birliyi, Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzindən olan uşaqlar və ailə üzvləri təmənnasız olaraq iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR