Bank Of Baku

Qubada tapılan kütləvi məzarlıqdakı yeganə quyuda yaranan çatların ölçüsü böyüyüb

Qubada tapılan kütləvi məzarlıqdakı yeganə quyuda yaranan çatların ölçüsü böyüyüb
# 23 mart 2012 09:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının növbəti sübutu olan Qubadakı kütləvi məzarlıqdakı yeganə quyuda yaranan çatların ölçüsü böyüyüb”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Quba soyqırımı ekspedisiyasının rəhbəri, Quba Memorial Xatirə Kompleksində həyata keçirilən tikinti işlərinin nəzarətçi-tədqiqatçısı Qəhrəman Ağayev deyib.

Onun sözlərinə görə, çatlar əsasən quyunun arxa hissəsindədir: “Əvvəlcə bu çatların ölçüsü 1 sm idi, hazırda isə çatın eni 5-7 sm-dək genişlənib və 1,5 metr sahəni əhatə edir. Quyuda vəziyyət həddən artıq təhlükəlidir və quyunun yarıdan çox hissəsinin uçmaq ehtimalı artıq həqiqətə çox yaxındır”.

Q.Ağayev bir daha xatırladıb ki, erməni cinayətlərinin sübutu olan quyunu qorumaq Azərbaycan üçün həm də strateji məsələdir.

Qeyd edək ki, Qubada kütləvi məzarlıq 2007-ci ildə aşkara çıxarılıb. Bu il aprelin 1-də məzarlığın aşkar edilməsinin 5 ili tamam olacaq. Məzarlıqda sümüklərlə dolu birinci quyu həmin ilin iyul ayında, ikinci quyu isə sentyabr ayında tapılıb. Lakin lazımi tədbirlər görülmədiyindən, məzarlıqdakı ikinci quyu 2007-ci ilin noyabr ayında dağılıb. Hazırda mövcud olan quyunun ilk tapılanda diametri 5 m, dərinliyi 4 m 25 sm olub. Lakin sürüşmə getdiyindən, hazırda quyunun dərinliyi 2 m 25 sm-ə, diametri isə 3 m 80 sm-dək azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR