Bank Of Baku

Azərbaycan bu gecə yay vaxtına keçir

Azərbaycan bu gecə yay vaxtına keçir
# 24 mart 2012 08:43 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, martın 25-də saat 04:00-da Azərbaycan ərazisində saatların əqrəbi 1 saat irəli çəkilməklə qış vaxtı ləğv ediləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin «Azərbaycan ərazisində yay vaxtının tətbiq edilməsi haqqında» 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR