Bank Of Baku

Koreya telekanalının iki əməkdaşı Lənkərana səfər edib

Koreya telekanalının iki əməkdaşı Lənkərana səfər edib
# 26 mart 2012 07:30 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Koreyanın aparıcı telekanallarından olan EBS kanalının iki əməkdaşı “Dünya uşaqları” verilişinin növbəti buraxılışını hazırlamaq məqsədilə Azərbaycanın Lənkəran rayonuna səfər edib.

APA-nın cənub bürosunun məlumatına görə, telekanalın prodüseri Ceki Çan Havnla redaktoru Vladimir Park Azərbaycan xalqının milli mədəniyyəti, adət-ənənələri, müasir həyat tərzini uşaqların simasında öz tamaşaçılarına göstərməkdən ötrü Lənkəranda bir neçə ailədə olub. Qonaqlar bu ailələrdə böyüyən uşaqların gündəlik həyat şəraitini müşahidə edərək lentə alıblar. Koreyalı telejurnalistlər cənub bölgəsində səfərdə olduqları müddətdə Lənkəranda bir balıqçı ailəsinin, habelə Lerik rayonunda 80 yaşlı rəqqas və onun 8 yaşlı oğlunun həyat tərzini lentə köçürməyi planlaşdırırlar.

Qeyd edək ki, EBS kanalının çəkiliş qrupu 2009-cu ildə də Azərbaycanda olub, xalqımız, onun milli mədəniyyəti, tarixi abidələri, ölkəmizin turizm guşələri haqqında dörd hissədən ibarət film çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR