Bank Of Baku

Son 8 ildə Azərbaycanda məşğulluq orqanlarına müraciət edənlərin 63%-i işlə təmin olunub

Son 8 ildə Azərbaycanda məşğulluq orqanlarına müraciət edənlərin 63%-i işlə təmin olunub
# 26 mart 2012 08:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən 8 il ərzində Azərbaycanda məşğulluq xidməti orqanlarına 355 716 nəfər işaxtaran müraciət edib ki, onlardan 223 891 nəfəri və ya 62,9%-i münasib işlə təmin edilib.

«APA-Economics»in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2011-ci ildə fəaliyyəti haqqında dərc olunmuş hesabatda deyilir.

Hesabatda qeyd olunub ki, 2003-cü illə müqayisədə 2011-ci ildə məşğulluq orqanlarına 22 502 nəfər və yaxud 75% çox işaxtaran və işsiz vətəndaş müraciət edib, 10 957 nəfər və yaxud 39,7% çox işlə təmin olunub.

«Hesabat dövrü ərzində 3 461 nəfərə (2003-cü ilə nisbətən 60% az) müvafiq işsiz statusu verilib, 3 805 nəfərə isə (2003-cü ilə nisbətən 47% az) işsizlik müavinəti təyin edilib», - deyə hesabatda bildirilir.

Haqqı ödənilən ictimai işlərə 1 568 nəfər (2003-cü ilə nisbətən 26,7% az), peşə hazırlığı kurslarına isə 4 299 nəfər (2003-cü ilə nisbətən 94,9% çox) cəlb olunub.

Qeyd edək ki, 2011-ci ildə məşğulluq xidməti orqanlarına müraciət etmiş 52 485 nəfər müvafiq qaydada qeydiyyata alınıb, bu da əvvəlki illə müqayisədə 10,6% çoxdur. Qeydiyyata alınmışların 29 229 nəfəri münasib işlə təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR