Bank Of Baku

ABŞ-da işə qəbul zamanı «Facebook» parolunu tələb edirlər

ABŞ-da işə qəbul zamanı «Facebook» parolunu tələb edirlər
# 26 mart 2012 11:54 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. ABŞ hökuməti işəgötürənlərə namizədlərin «Facebook»dakı səhifələrini yoxlamağı qadağan edəcək. Qeyd edək ki, hazırda işə götürən şirkətlər tərəfindən namizədlərin sosial şəbəkədəki səhifəsinin yoxlanılması kütləvi şəkil alıb – bu işlə işəgötürənlərin 40%-i məşğul olur. Bu zaman şirkətlər namizədlərin xasiyyəti və mənəvi durumunu müəyyənləşdirmək üçün onlardan səhifələrinin parolunu tələb edir. Səbəbi odur ki, bəzi hallarda işəgötürənlər işçinin işə qəbul edilib-edilməməsi barədə qərarı onun səhifəsi ilə tanışlıqdan sonra verir.

«APA-Economics»in «Reuters»ə istinadən məlumatına görə, ABŞ-ın bəzi ştatlarında - Kaliforniya, İllinoys və Merilenddə bunun qarşısının alınması üçün qanunvericiliyə dəyişikliklərin edilməsinə hazırlıq görülür. Bir qədər əvvəl «Eurocom Worldwide» şirkətinin apardığı araşdırmalar göstərib ki, işə qəbulla bağlı hər 5 imtinanın 1-i işçinin «Facebook»dakı səhifəsinə baxandan sonra verilir.

«Facebook» özü də şəbəkənin bu məqsədlər üçün istifadəsinə qarşı çıxıb. Şəbəkənin rəhbərliyi işçilərdən parol tələb edən işəgötürənlərə qarşı məhkəmə iddialarına başlayacağını bildirib. Şəbəkənin nümayəndəsi işə qəbulla bağlı qərarlar verilərkən səhifənin parolunun alınmasının düzgün olmadığını bildirib. Onun sözlərinə görə, işəgötürənlər işə qəbul zamanı namizədin iş qabiliyyəti ilə bağlı məlumat almaq hüququna malikdir: «Amma onlar bunu şəxsi həyata müdaxilə olmadan etməlidir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR