Bank Of Baku

Azərbaycanda sterilizasiya qurğusu ilə bağlı tenderin qalibi Macarıstanın “İzotop” institutunun nümayəndələri Azərbaycana gələcək

Azərbaycanda sterilizasiya qurğusu ilə bağlı tenderin qalibi Macarıstanın “İzotop” institutunun nümayəndələri Azərbaycana gələcək
# 27 mart 2012 09:18 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Aprelin 2-də Azərbaycanda sterilizasiya qurğusu ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) elan etdiyi tenderin qalibi Macarıstanın “İzotop” institutunun nümayəndələri Azərbaycana gələcək. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, 5 nəfərdən ibarət olacaq heyət sterilizasiya qurğusu ilə bağlı həyata keçirilən layihənin detallarını dəqiqləşdirəcəklər və qurğu üçün tikiləcək binanın layihəsi ilə tanış olacaqlar: “Fövqəladə Hallar Nazirliyinin müvafiq layihə institutu ilə birgə müzakirələr aparılacaq. Müzakirələr zamanı həm laboratoriya korpusu, həm də qurğunun olacağı binanın layihəsinin bütün detalları dəqiqləşdiriləcək. Burada yüksək dəqiqlik olmalıdır. Çünki qurğu suyun altından aşağıda saxlanılır, sonra üzə çıxır. Yəni qurğunun daimi soyudulma sistemi olmalıdır”.

A.Qəribov bildirib ki, qurğunun Azərbaycana nə zaman gətiriləcəyi maliyyələşmədən və tikintinin gedişindən asılıdır.

Qeyd edək ki, sterilizasiya qurğusunun alınması ilə bağlı Azərbaycanla AEBA arasında müqavilə ötən ilin dekabrın 21-də imzalanıb. Sterilizasiya qurğusu ilə bağlı AEBA-nın elan etdiyi tenderi Macarıstanın İzotop İnstitutu udub. Müqaviləyə əsasən, bir il müddətində sözügedən institut sterilizasiya qurğusunu Azərbaycana təqdim edəcək. Azərbaycan tərəfi isə öz növbəsində izotopların gücünü artırmaq üçün əlavə vəsait ödəyib. Qurğunun Azərbaycana gələn il gətiriləcəyi gözlənilir. O vaxta qədər isə Azərbaycanda sterilizasiya qurğusu üçün bina tikilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR