Bank Of Baku

Təhsil müəssisələrində müəyyənləşdirilən nöqsanların aradan qaldırılmasına nəzarət mexanizmləri yaradılacaq

Təhsil müəssisələrində müəyyənləşdirilən nöqsanların aradan qaldırılmasına nəzarət mexanizmləri yaradılacaq
# 27 mart 2012 10:42 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyi ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası üzrə mövcud meyarlara müəyyən əlavə və dəyişikliklər edəcək. Bu barədə APA-ya Təhsil Nazirliyinin Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev bildirib. Onun sözlərinə görə, Akkreditasiya Komissiyasının son iclasında təhsil naziri Misir Mərdanov Akkreditasiya Komissiyanın müəyyənləşdirdiyi nöqsanların aradan qaldırılmasına nəzarət mexanizmlərinin yaradılması ilə bağlı irəli sürülən təklifi qəbul edib: “Təhsil müəssisələri 5 ildən bir akkreditasiya olunur və onlara lisenziya verilir. Nazirliyin Akkreditasiya şöbəsi Ali və orta ixtisas təhsili şöbəsi ilə birgə 5 il ərzində göstərilmiş nöqsanların nə dərəcədə aradan qaldırılmasına nəzarət edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR