Bank Of Baku

Azərbaycan Avropa İnnovativ Müəllimlər Forumunda iştirak edib

Azərbaycan Avropa İnnovativ Müəllimlər Forumunda iştirak edib
# 27 mart 2012 12:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan müəllimləri Lissabonda (Portuqaliya) keçirilən 2012-ci ilin Avropa İnnovativ Müəllimlər Forumunda iştirak edib.

İKT İnformasiya Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, «Microsoft» korporasiyası tərəfindən keçirilən Avropa İnnovativ Müəllimlər Forumunda 40 ölkədən olan müəllimlərin təqdim etdiyi 80-dən artıq layihə iştirak edib.

Azərbaycanı bu müsabiqədə Kəmalə Cəfərzadə (Bakı Avropa Liseyi), Nailə Həsənova (Bakının 55 saylı məktəbi) və Gülbəniz Camalova (Xarici Dillər Universiteti) təmsil edib. İştirakçılar Azərbaycanda “2008-2012-ci illərdə Azərbaycanın təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın dəstəyi ilə «Microsoft» tərəfindən Azərbaycanda keçirilən müsabiqənin qalibləridir. Azərbaycanın təqdim etdiyi təhsil layihələri ekologiya və millətlərarası mədəni dialoq mövzularını əhatə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR