Bank Of Baku

İranda əhaliyə verilən aylıq pul subsidiyaları iki dəfə artırılıb

İranda əhaliyə verilən aylıq pul subsidiyaları iki dəfə artırılıb
# 27 mart 2012 14:29 (UTC +04:00)
Bakı - APA-Economics. İran hökuməti əhaliyə verilən aylıq pul subsidiyalarını 50%-dən çox artırıb.

APA-Economics”in xəbərinə görə, buna səbəb kəskin inflyasiya və milli valyutanın - rialın dəyərdən düşməsidir.

Qeyd edək ki, Tehran ərzaq və yanacaq güzəştlərinin pul vəsaitləri ilə əvəz olunmasının birinci mərhələsini 2010-cu ilin sonunda həyata keçirib. Məqsəd büdcə xərclərini azaltmaq olub.

Əlavə 730 min rial (təxminən 60 min dollar) əksər İran vətəndaşlarının hesabına aylıq ödəniş şəklində köçürüləcək. Bu vəsaitlərdən istifadə isə yalnız aprel ayından sonra mümkün olacaq. O vaxtadək hökumət müavinət veriləcək şəxslərin sayını 10% azaldacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR