Bank Of Baku

Azərbaycanda “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin təqdimatı keçirilib - FOTOSESSİYA

Azərbaycanda “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin təqdimatı keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 28 mart 2012 07:53 (UTC +04:00)
APA-nın məlumatına görə, təqdimat mərasimində çıxış edən TQDK sədri Məleykə Abbaszadə bildirib ki, “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin istifadəyə verilməsi təhsilin daha səmərəli istifadə edilməsinə və dövlət orqanları arasında informasiya mübadiləsinin xeyli dərəcədə sürətləndirilməsinə xidmət edəcək.

Tələbə və məzunlar haqqında məlumatlardan bir sıra dövlət orqanları, o cümlədən Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Maliyyə, Təhsil, Müdafiə nazirlikləri və digər qurumlar istifadə edəcək: “TQDK-nın ünvanına hərbi komissarlıqlardan, şəhər və rayon təhsil şöbələrindən Azərbaycan vətəndaşlarının qəbul imtahanlarında iştirak etmələri, tələbələr sırasında olub-olmamaları haqqında minlərlə sorğu daxil olur. Bu sorğuları cavablandırmaq vaxt itkisinə gətirib çıxarırdı. Əsasnaməyə əsasən, sistemə 12 dövlət qurumu qoşulmalıdır. İlkin olaraq pilot layihə kimi sistemə Maliyyə Nazirliyi qoşulub. Bütün ali məktəblərin sistemə qoşulması məcburidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR