Bank Of Baku

TQDK xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşları haqqında məlumatların “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nə daxil edilməsini istəyir

TQDK xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşları haqqında məlumatların “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nə daxil edilməsini istəyir
# 28 mart 2012 08:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Təhsil Nazirliyinə xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşları haqqında məlumatları “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nə daxil etməyi təklif edib. APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə sistemin təqdimat mərasimində bildirib ki, xaricdə təhsil alaraq diplomları tanınmış Azərbaycan vətəndaşları haqqında TQDK-da məlumat yoxdur: “Diplomları tanınmış şəxslər haqqında da məlumatları bu sistemə daxil etmək mümkündür. Həmin məlumatları daxil etsəniz, sistem daha mükəmməl olar. Dövlət tərəfindən xaricə göndərilənlər haqqında bizdə ilkin məlumatlar var. Amma onlar təhsillərini bitirdikdən sonra diplomların tanınması proseduru Təhsil Nazirliyi tərəfindən aparılır. Bizdə bu barədə məlumat yoxdur”.

M. Abbaszadə deyib ki, öz maliyyə vəsaitləri hesabına xarici ölkələrdə ali təhsil alan Azərbaycan vətəndaşları da sonda diplomlarını tanıtmaq üçün Təhsil Nazirliyinə müraciət edirlər. Buna görə də həmin şəxslər barəsində də məlumatlar Təhsil Nazirliyində toplanır.

Təhsil nazirinin müavini Qulu Novruzov isə qeyd edib ki, Azərbaycanın ali məktəblərində elektron idarəetmənin tətbiqinə başlanıb. Bu, “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin daha səmərəli istifadə edilməsinə səbəb olacaq: “Dövlət xətti ilə təhsil alanlar barədə məlumatların yeni yaradılmış ”Tələbə-məzun dövlət elektron məlumat sistemi”ndə öz əksini tapması mühüm məsələdir. Ancaq öz hesabına xaricdə təhsil alanlarla bağlı məlumatların bu sistemdə yerləşdirilməsi məsələsi birgə müzakirə edilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR