Bank Of Baku

Azərbaycanda ilk dəfə olaraq ekzogen-geoloji proseslərə məruz qalma dərəcələrinə görə rayonlaşdırma xəritəsi hazırlanıb

Azərbaycanda ilk dəfə olaraq ekzogen-geoloji proseslərə məruz qalma dərəcələrinə görə rayonlaşdırma xəritəsi hazırlanıb
# 28 mart 2012 13:35 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib.

Onun sözlərinə görə, xəritə ölkə ərazisində ekzogen-geoloji proseslərin illərlə aparılmış müşahidəsi nəticəsində ərsəyə gəlib. Ş. Niftiyev deyib ki, rayonlaşdırma xəritəsində respublikanın bütün ərazilərində sürüşmələr, subasmalar, torpaq eroziyası və ekzogen-geoloji proseslər baş vermə dərəcəsi və intensivlik üzrə əksini tapacaq.

Baş mühəndis bildirib ki, artıq xəritə üzərində iş tamamlanıb, çap üçün yaxın vaxtlarda aidiyyəti qurumlara göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR