Bank Of Baku

ATƏT-in Bakı ofisinin rəhbəri Şəkidə olub

ATƏT-in Bakı ofisinin rəhbəri Şəkidə olub
# 29 mart 2012 07:56 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Azərbaycanın bölgələrinə işçi səfəri çərçivəsində martın 28-də Şəki şəhərində olub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər İcra Hakimiyyəti (İH) aparatından məlumat verilib.
Məlumatda bildirilir ki, Koray Tarqay ilk öncə Şəki şəhər Polis Şöbəsinin fəaliyyəti ilə tanış olub, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşüb. Sonra diplomat Şəki Hüquq Resurs Mərkəzinə baş çəkib, mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Şəhər İH-də keçirilən görüşdə İH başçısı Elxan Usubov qonağa Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, qədim ipəkçilik ənənələri, habelə şəhərdə aparılan tikinti-quruculuq və yenidənqurma işləri barədə ətraflı məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR