Bank Of Baku

Azərbaycanda aprelin 8-də keçiriləcək ilk sınaq imtahanlarına yazılış başlayıb

Azərbaycanda aprelin 8-də keçiriləcək ilk sınaq imtahanlarına yazılış başlayıb
# 29 mart 2012 08:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Aprelin 8-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə keçiriləcək ilk sınaq imtahanlarına yazılış başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin imtahanlara yazılmaq istəyən abituriyentlər 7735 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər.

Ödəmə kartlarını “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan şəxslər də Komissiyanın internet saytından ödəmə etməklə ala bilər.

Bundan sonra onlar Komissiyanın internet saytından ödəmə kartının seriya nömrəsi və pin kodundan, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və pin kodundan istifadə etməklə sınaq imtahanlarına yazıla bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR