Bank Of Baku

Milli Arxiv İdarəsində kollegiya iclası keçirilib

Milli Arxiv İdarəsində kollegiya iclası keçirilib
# 29 mart 2012 09:08 (UTC +04:00)
Bakı. Kəmalə Qulıyeva – APA. Milli Arxiv İdarəsində (MAİ) 2011-ci ilin yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, kollegiyada çıxış edən idarənin rəisi Ataxan Paşayev bildirib ki, ötən il dövlət arxivlərinin səmərəli fəaliyyət göstərməsi üçün əlverişli şərait yaradılıb. Həyata keçirilən ən vacib tədbirlərdən biri Milli Arxiv Fondu sənədlərinin elektron sisteminin yaradılması olub. Artıq bu məqsədlə MAİ-nin aidiyyatı binalarında server otaqları yaradılıb və lazımi avadanlıqlar alınıb.

İdarənin təşkilat və metodika şöbəsinin müdiri Kamal Ağayev isə qeyd edib ki, ötən il 41600-dən artıq idarəçilik işi, 18200 şəxsi mənşəli sənəd, 1000-dən artıq saxlama vahidi elmi-texniki sənəd, 2350 saxlama vahidi fotosənəd və 1680 fotovideosənəd daimi dövlət mühafizəsinə qəbul edilib. 2011-ci il ərzində Azərbaycan arxivlərindən 292 tədqiqatçıya 17 mindən artıq saxlama vahidi verilib. K. Ağayevin sözlərinə görə, ötən il ərzində ölkə vətəndaşlarının sosial-hüquq xarakterli ərizə və müraciətləri, xüsusilə də pensiya təminatları ilə bağlı müraciətləri iki dəfə artıb. Belə ki, 2010-cu ildə dövlət arxivlərinə 25700 ərizə daxil olubsa, ötən il bu rəqəm 54 minə yaxın olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR