Bank Of Baku

Münhendə Avropa Qrid İnfrastrukturu Forumu (EGI Community Forum) və II texniki konfrans keçirilir

Münhendə Avropa Qrid İnfrastrukturu Forumu (EGI Community Forum) və II texniki konfrans keçirilir
# 29 mart 2012 10:21 (UTC +04:00)
Bakı-APA. Münhendə Avropa Qrid İnfrastrukturu Forumu (EGI Community Forum) və II texniki konfrans keçirilir. APA-nın məlumatına görə, forumda ölkəni Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev təmsil edir. Forum çərçivəsində qrid texnologiyaları ilə bağlı elmi-texniki yeniliklər, problemlər və əməkdaşlıq perspektivləri müzakirə olunur, eləcə də EGI-yə üzv elmi-tədqiqat qruplarının öz işlərini təkmilləşdirmək məqsədilə mövcud xidmətlər və texnologiyalar nümayiş etdirilir. Forumun əsas məqsədi Avropa tədqiqat sahəsində elmi-innovasiya fəaliyyətində EGI-nin əhəmiyyətli xidmətlərini nümayiş etdirməkdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR