Bank Of Baku

FHN-nin Xaçmaz regional idarəsində yanğın təhlükəsizliyi ilə bağlı seminar-müşavirə keçirilib

FHN-nin Xaçmaz regional idarəsində yanğın təhlükəsizliyi ilə bağlı seminar-müşavirə keçirilib
# 29 mart 2012 12:31 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz regional idarəsində yanğın təhlükəsizliyi ilə bağlı seminar-müşavirə keçirilib. APA-nın şimal bölgə müxbirinin verdiyi məlumata görə, seminar-müşavirədə FHN-nin əməkdaşları, şimal bölgəsində yerləşən mehmanxanaların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə mehmanxanalarda yanğın təhlükəsizliyinin təmin olunması, yanğınların söndürülməsində obyekt sahibinin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, son dövrdə Azərbaycanda mehmanxana biznesi genişlənib. Bu ilin mayında Azərbaycanda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində ölkəyə çoxlu sayda turist gələcək. Onların təhlükəsizliyinin təmin edilməsində mehmanxana sahiblərinin və personalının üzərinə də böyük iş düşür. FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi Hikmət Xudiyev mehmanxana sahiblərini yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırıb.
Qeyd edək ki, şimal bölgəsində 6 mehmanxana və 14 mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bu tip maarifləndirici tədbirlərin Lənkəran və Yevlax şəhərlərində də keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR