Bank Of Baku

Ağdamın Üçoğlan kəndində yeni məktəb binası inşa olunub

Ağdamın Üçoğlan kəndində yeni məktəb binası inşa olunub
# 29 mart 2012 21:11 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Ağdamın Üçoğlan Ərazi Vahidliyində yeni məktəb binası tikilib istifadəyə verilib. Vaxtilə köhnə tikilidə fəaliyyət göstərən təhsil ocağının müəllim kollektivi uzun illər ağır şəraitdə şagirdlərə təhsil verməli olublar. Ötən ilin ortalarından inşasına başlanan yeni məktəb binası artıq müəllim və şagirdlərin istifadəsinə verilib. Məktəbin dərs hissə müdiri Şakir Ağalarov APA-nın Qarabağ bürosuna bildirib ki, 240 şagirdi, 37 nəfə müəllimi olan məktəb son günlərə qədər çox ağır şəraitdə fəaliyyət göstərib: “Vaxtilə burada uçuq-sökük ikimərtəbəli tikili qaralırdı: tavanı çökmüş, döşəməsi çürüyən bir məktəb. Son illər bina tamam yarasız hala düşdüyündən valideynlər öz övladlarının dərsə gəlməsindən də imtina ediblər.”
Yeni inşa olunan məktəb hər cür müasir dərs ləvazimatları, kompüter dəstləri, kitab və başqa avadanlıqlarla təmin olunub.
Təhsil ocağı özündə, ən yeni kimya-fizika laboratoriyaları, idman meydançaları, istilik və təhlükəsizlik sistemlərini birləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR