Bank Of Baku

Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə hökumət nümayəndələrindən ibarət heyət sürüşmə zonasına baxış keçirir

Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə hökumət nümayəndələrindən ibarət heyət sürüşmə zonasına baxış keçirir
# 30 mart 2012 09:10 (UTC +04:00)
APA-nın xəbərinə görə, heyətə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, “Azəryolservis” ASC-nin sədr müavini Vaqif Hacıyev, fövqəladə hallar nazirinin müavini Ragim Lətifov və digər şəxslər daxildir. Hökumət nümayəndələri Ağsu aşırımında sürüşmə baş verən ərazilərə baxış keçiriblər.

Heyət daha sonra Şamaxı rayonunun sürüşmə baş verən Muğanlı kəndinə gedəcək. Hökumət nümayəndələrinin ərazidə müşavirə keçirəcəyi gözlənilir.

Məlumatlara görə, müşavirədə sürümə nəticəsində qəzalı vəziyyətə düşən evlərin sakinləri üçün yeni evlərin harada tikilməsi barədə yekun qərar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR