Bank Of Baku

Misir Mərdanov fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması barədə əmr imzalayıb

Misir Mərdanov fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması barədə əmr imzalayıb
# 30 mart 2012 12:52 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil naziri Misir Mərdanov bu il keçirilən respublika fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması barədə əmr imzalayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, əmrə əsasən fənn olimpiadalarında I-III yerləri tutanlar diplomlarla, həvəsləndirici IV yeri tutanlar isə tərifnamə ilə təltif olunacaqlar.

Rayon və şəhər təhsil şöbələrinə yerli icra hakimiyyəti orqanları və digər aidiyyəti təşkilatların nümayəndələrinin iştirakı ilə olimpiadaların qalibləri ilə görüşlər keçirilməsi tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR