Bank Of Baku

“Sosial xidmət haqqında” qanunun tətbiqi sahəsində görüləcək işlər müzakirə edilib - FOTO

“Sosial xidmət haqqında” qanunun tətbiqi sahəsində görüləcək işlər müzakirə edilib - <font color=red>FOTO</font>
# 30 mart 2012 16:23 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Sosial xidmət haqqında” qanunun tətbiqi sahəsində görüləcək işlərin müzakirəsi məqsədilə müxtəlif sosial xidmət sahələri üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə UNİCEF, UAFA (Azərbaycana Birgə Yardım), “Hilfswerk Austria İnternational”, Sosial Xidmətlər Təşəbbüsü, “Ümidli Gələcək” Gənclər Təşkilatı və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov nazirliyin ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə fəal əməkdaşlıq təcrübəsinin “Sosial xidmət haqqında” qanun layihəsinin hazırlanması işlərində də uğurla davam etdirildiyini deyib. O bildirib ki, nazirlikdə fəaliyyət göstərən İctimai Şura tərəfindən qanun layihəsi ilə bağlı təkliflər hazırlanaraq müzakirə edilib və ölkəmizdə sosial xidmət sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək bir qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub.

Qeyd olunub ki, keçirilən bu görüşün məqsədlərindən biri də sosial xidmətlərin təkmilləşdirilməsi istiqamətində ixtisaslaşmış qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətin daha səmərəli təşkilidir. Tədbirdə qanununun tətbiqi ilə bağlı normativ-hüquqi aktların, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərin hazırlanması müzakirə edilib və təkliflər səsləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR