Bank Of Baku

Hacıqabulda 1918-ci il mart qırğınları qurbanlarının xatirəsi yad edilib - FOTO

Hacıqabulda 1918-ci il mart qırğınları qurbanlarının xatirəsi yad edilib - <font color=red>FOTO </font>
# 31 mart 2012 09:01 (UTC +04:00)
Hacıqabul. Əlibәy Zeynallı - APA. Hacıqabulda 1918-ci il mart qırğınları qurbanlarının xatirəsi yad edilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayon İcra Hakimiyyətində (İH) ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 1918-ci il mart qırğınları qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə ermənilərin Hacıqabul rayonu ərazisində törətdikləri vəhşiliklər haqqında geniş çıxışlar edilib. Bir daha ermənilərin törətdiyi vəhşiliklərin statistikası və tarixçəsi haqqında rayon ictimaiyyəti məlumatlandırılıb.
Hacıqabul rayon Tarix Memarlıq Qoruğunun direktoru Mübariz Xəlilovun rəhbərlik etdiyi idarədə saxlanılan istintaq materiallarından məlumatları diqqətə çatdırıb. Qeyd olunub ki, bu sənədlərdə Hacıqabul rayonunda baş verən soyqırımı haqqında dəhşətli faktlar öz əksini tapıb. Bildirilib ki, ermənilər kəndlərdə əhaliyə dəhşətli işgəncələr veriblər. Kənd sakinlərinin kürəklərinə isti samovarlar bağlayaraq onları qaçmağa məcbur ediblər. Məşhur seyid ailəsinin üzvləri olan gəlin və baldız 3 azyaşlı uşaqla birlikdə namuslarını qorumaq üçün özlərini kəndin nohuruna ataraq intihar ediblər.

Bildirilib ki, 1918-ci ildə indiki Hacıqabul rayonu ərazisində, əvvəllər isə Bakı quberniyasının Şamaxı qəzasının Abdulyan nahiyəsinin 69 kəndində ermənilər yüzlərlə insanı qətlə yetiriblər. Nəvahi kəndində 955 yerli sakin öldürülüb. Onlardan 555-i kişi, 260-ı qadın, 140-ı uşaq olub. Qubalı-Baloğlan kəndində 250 kişi, 150 qadın və 135 uşaq qətlə yetirilib. Padar kəndində 80, Abdulyan kəndində 80, Meyniman kəndində 43, Rəncbər kəndində 137, Paşalıda 50 və Şorbaçıda 40 nəfər öldürülüb. Ermənilərin törətdiyi vəhşiliklərə daşnak ordusunun rəhbərlərindən biri olan Stepan Lalayan rəhbərlik edib. Ermənilər 10 min iribuynuzlu, 15 min xırda buynuzlu heyvanı, taxıl və ərzaq anbarlarını talayaraq aparıblar.

Tədbirdə o da bildirilib ki, Hacıqabulun Şəhidlər Xiyabanında 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan abidə qoyulması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR