Bank Of Baku

Qubada 1918-ci il soyqırımı qurbanlarının xatirəsi yad edilib – FOTOSESSİYA

Qubada 1918-ci il soyqırımı qurbanlarının xatirəsi yad edilib – <font color=red>FOTOSESSİYA </font>
# 31 mart 2012 12:40 (UTC +04:00)
Quba. Vəli Turan – APA. Quba rayonunda 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qurbanlarının xatirəsi yad edilib. APA-nın şimal bürosunun verdiyi məlumatına görə, Quba rayon ictimaiyyəti, İcra Hakimiyyətini rəhbərliyi, Quba rayonundan Milli Məclis üzvü seçilən Vahid Əhmədov və Yevda Abramov kütləvi məzarlığı ziyarət ediblər. Daha sonra təşkil olunan tədbirdə çıxış edənlər 1918-ci ildə ermənilərin Quba rayonunda təşkil etdiyi qırğınlardan danışıb.
Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev ermənilərin həmin dövrdə Qubanın 162 kəndində qətlə yetirdiyi azərbaycanlıların sayının isə 16 mindən artıq olduğunu qeyd edib. Millət vəkilləri ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının dünya ölkələri tərəfindən qəbulu üçün bir sıra işlərin həyata keçirildiyini və bu təbliğat işlərinin hazırda da davam etdirildiyini diqqətə çatdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR