Bank Of Baku

Lənkəranda Avropa Birliyinin layihəsi çərçivəsində tədbir keçirib - FOTO

Lənkəranda Avropa Birliyinin layihəsi çərçivəsində tədbir keçirib - <font color=red>FOTO</font>
# 31 mart 2012 16:29 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Tullantıların idarə edilməsi –AQTA Şərq” layihəsi çərçivəsində Lənkəran şəhərində tədbir keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, yerli idarə, müəssisə və QHT-lərin nümayəndələrinin qatıldığı tədbirdə layihə üzrə ölkə koordinatoru Rafiq Verdiyev çıxış edərək, Lənkəran şəhərində tullantıların idarə edilməsi strategiyasının təqribən 1,5 il ərzində hazırlandığını və bu strategiyanın bərk məişət tullantılarının idarə edilməsinə, başqa sözlə, bələdiyyə və ya onun nümayəndəlikləri tərəfindən toplanılan məişət tullantılarının və oxşar tərkibli tullantıların idarəçiliyinə yönəldildiyini bildirib. Azərbaycanın cənubunda yerləşən rayonlar da daxil olmaqla tullantıların idarə edilməsi üzrə regionun mərkəzi kimi Lənkəran şəhərinin üstünlüklərinin nəzərə alındığını qeyd edən R.Verdiyev Lənkəran üzrə tullantıların idarə edilməsi strategiyasının hazırlanmasının təfsilatlarını müzakirə etmək üçün məsləhət qrupu tərəfindən 3 səmərəli görüşün kecirildiyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən AB-nın Qafqaz ölkələri üzrə qrup rəhbəri Douq Hikman isə tullantıların idarə edilməsi strategiyasının yekunu və ictimai maarifləndirmə, xüsusən də kommunikasiya fəaliyyətlərinin önəmliliyindən danışaraq, layihə çərçivəsində Lənkəran şəhəri yaxınlığında yeni sanitar poliqonunun yerinin müəyyənləşdirilməsinin, tikintisinin, bütün mövcud tullantı sahələrinin bağlanmasının nəzərdə tutulduğunu bildirib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR