Bank Of Baku

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti Türkiyəyə səfər edib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti Türkiyəyə səfər edib
# 02 aprel 2012 08:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) nümayəndə heyəti Türkiyəyə səfər edib. APA-nın xəbərinə görə, Türk Qızıl Ayının dəvəti ilə gerçəkləşən səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Ankara və Nevşehirdə olub. AzQAC-ın prezidenti Novruz Aslanov bildirib ki, səfər təşkilatlar arasında əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Səfər çərçivəsində təcrübə mübadiləsinin aparılması, Türk Qızılayının təcrübəsinin öyrənilməsi əsas müzakirə mövzusu olub.

Ötən ilin oktyabr ayında Vanda baş vermiş zəlzələ ilə bağlı AzQAC-ın yardım kampaniyası təşkil etdiyini deyən N. Aslanov bunun rəhbərlik etdiyi təşkilatın tarixində ilk beynəlxalq əməliyyat olduğunu söyləyib. Kampaniya çərçivəsində 40 min ABŞ dollarından artıq yardım toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR