Bank Of Baku

ETSN: Kiçik daş dağında uzunluğu 150-180 metr, eni 1-2 metr, görünən dərinliyi 10-30 metrə qədər olan qırılma xətti formalaşıb - YENİLƏNİB

ETSN: Kiçik daş dağında uzunluğu 150-180 metr, eni 1-2 metr, görünən dərinliyi 10-30 metrə qədər olan qırılma xətti formalaşıb - <font color=red>YENİLƏNİB</font>
# 02 aprel 2012 08:24 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Monitorinq zamanı müəyyən edilib ki, Bakı şəhərindən 56 kilometr məsafədə yerləşən Kiçik daş dağının antiklinal tirəsinin hamarlaşmış tağ hissəsində uzunluğu 150-180 metr, eni 1-2 metr, görünən dərinliyi 10-30 metrə qədər olan qırılma xətti formalaşıb”. Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib. Baş mühəndis bildirib ki, monitorinq ETSN ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən aparılıb.

Onun sözlərinə görə, həmin ərazi Qobustan Milli Tarix Milli Qoruğunun tərkib hissəsidir. Ş. Niftiyev deyib ki, yanvar-mart ayları ərzində yağıntının çoxluğu səbəbindən Kiçik daş dağının ətəklərində yarğan eroziyası, səthi yuyulma və az dərəcədə sürüşməni xatırladan axma prosesləri mütəmadi olaraq aktivləşir.

Ş. Niftiyev Qobustan Milli Tarixi Qoruğu ərazisində Kiçik daş dağında gedən proseslərin qarşısının alınması üçün təklifləri də açıqlayıb. Ş. Niftiyev bildirib ki, Kiçik daş dağının cənub-şərq hissəsində inkişaf tapmış əhəngdaşı laylarının asılı vəziyyətə düşmüş hissəsi ərazidən kənarlaşdırılmalıdır: “Uçqun-çöküntü proseslərinin qarşısının alınması məqsədilə yamac metal torla bərkidilməli, qoruq ərazisində baş vermiş geoloji proseslərin miqyasını öyrənmək və proseslər üzərində müşahidələr aparmaq üçün mühəndis-geoloji tədqiqatlar aparılmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR