Bank Of Baku

Venesuelada pampers və tualet kağızının qiyməti endirilib

Venesuelada pampers və tualet kağızının qiyməti endirilib
# 02 aprel 2012 09:09 (UTC +04:00)
Bakı - APA-Economics. Venesuela prezidenti Uqo Çaves ilkin tələbat mallarının, o cümlədən pampers və tualet kağızının qiymətinin endirilməsi haqqında hökumətin direktivinin qüvvəyə mindiyini bəyan edib.

APA-Economics”in xəbərinə görə, prezident milli televiziya ilə çıxışında bildirib ki, yalnız bu yolla qiymətləri tənzimləmək və kapitalist spekulyasiyasına son qoymaq olar.

Qeyd edək ki, hökumətin direktivi ötən ilin noyabrında qəbul edilmiş “Ədalətli qiymətlər haqqında” qanunun qüvvəyə minməsindən sonra verilib. Qanuna uyğun olaraq Venesuelada ilkin tələbat mallarının qiymətlərinin tənzimlənməsi üçün yeni dövlət orqanı və xüsusi müfəttişlik yaradılıb.

Qiymətləri 5-25% endirilən 19 növ mal arasında mineral su, meyvə şirəsi, şampun, tualet kağızı, pampers, bez və dezodorantlar olub.

Qanunun azad bazar iqtisadiyyatına zidd olması barədə iradlara Çaves belə cavab verib: “Azad bazar burjuaziyaya lazımdır ki, xalqı, zəhmətkeşləri qarət edib varlansınlar. Bu qanunun qüvvəyə minməsi ilə Venesuela xalqları və təbiəti yeyən kapitalizmlə mübarizənin avanqardına çevrilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR