Bank Of Baku

AMEA Milli Azərbaycan Tarixi Muzeyi Avropa və Asiyanın muzeylər şəbəkəsinin “Şah əsərlərin virtual kolleksiyası”na qoşulub

AMEA Milli Azərbaycan Tarixi Muzeyi Avropa və Asiyanın muzeylər şəbəkəsinin “Şah əsərlərin virtual kolleksiyası”na qoşulub
# 02 aprel 2012 10:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi Avropa və Asiyanın muzeylər şəbəkəsi- ASEMUS-un layihəsi olan “Şah əsərlərin virtual kolleksiyası”na qoşulub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihənin məqsədi muzeylər arasında əlaqələri genişləndirmək, İnternet vasitəsilə muzey kolleksiyalarında olan ən nadir eksponatları nümayiş etdirmək, ölkələrin milli mədəniyyətini təbliğ etməkdir.
ASEMUS layihəsində yüzdən artıq muzey təmsil olunub. Onların içərisində Avstriya, Çin, Almaniya, Yaponiya, Hindistan, Pakistan, İtaliya, Fransa muzeylərini göstərmək olar. MDB məkanında yalnız iki dövlət – Rusiya və Azərbaycan “Şah əsərlərin virtual kolleksiyası” layihəsində iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR