Bank Of Baku

“Azərbaycan ərazisində seysmik tomoqrafiyanın aparılması və təbii zəlzələlərin dərinlik quruluşunun öyrənilməsi” layihəsi həyata keçiriləcək

“Azərbaycan ərazisində seysmik tomoqrafiyanın aparılması və təbii zəlzələlərin dərinlik quruluşunun öyrənilməsi” layihəsi həyata keçiriləcək
# 02 aprel 2012 11:42 (UTC +04:00)
ABŞ və Gürcüstan seysmoloq alimlərinin təmsil olunduğu nümayəndə heyəti Azərbaycana səfərə gəlib

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan, ABŞ və Gürcüstan seysmoloqları “Azərbaycan ərazisində seysmik tomoqrafiyanın aparılması və təbii zəlzələlərin dərinlik quruluşunun öyrənilməsi” layihəsini həyata keçirəcəklər. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Bu gün yeni layihə ilə bağlı müzakirələrin aparılması üçün ABŞ və Gürcüstan seysmoloq alimlərinin təmsil olunduğu nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Nümayəndə heyətinə ABŞ-ın Miçiqan Universitetinin professoru Kevin Makkey, Missuri Universitetinin professoru Erik Sondvol, Arizona universitetinin nümayəndəsi con Nabelek, ABŞ Yer Təhlükəsizliyi Tədqiqat Mərkəzinin direktor müaviniu Elen Vergino və Gürcüstan Yer Elmləri İnstitunun direktor müavini Tea Godoladze daxildir. Qonaqlar Respublika Seysmoloji Xidmət Mərkəzində olublar. Nümayəndə heyəti AMEA RSXM-in Baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli ilə görüşüblər. Layihənin icrasına bu ilin sonları, gələn ilin əvvəllərindən başlanılması nəzərdə tutulur. Qonaqlar səfərləri çərçivəsində RSXM-in seysmik stansiyalarının iş prinspi ilə də yaxından tanlş olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR