Bank Of Baku

Gürcüstanda seysmoloqlar üçün yay məktəbi keçiriləcək

Gürcüstanda seysmoloqlar üçün yay məktəbi keçiriləcək
# 03 aprel 2012 10:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. NATO-nun Cənubi Qafqaz regionunda keçirdiyi layihə çərçivəsində Azərbaycanda səfərdə olan ABŞ və Gürcüstan seysmoloqlarından ibarət nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) seysmik stansiyalarının iş prinspi ilə tanış olublar. RSXM-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ABŞ Yer Təhlükəsizliyi Tədqiqat Mərkəzinin direktor müaviniu Elen Vergino Respublika Seysmoloji Xidmət Mərkəzi ilə 12 ildir əməkdaşlıq edildiyini bildirib. O, RSXM-də son illər baş verən dəyişikliklərdən məmun qaldığını, mərkəzin seysmik stansiyalar şəbəkəsinin işinin çox inkişaf etdiyini deyib. E. Vergino onu da əlavə edib ki, NATO çərçivəsində həyata keçirilən layihənin başa çatmasına altı ay qalıb və layihənin sonuncu mərhələsində Azərbaycan, Gürcüstan, Amerikadan olan gənc mütəxəssislər və tələbələr üçün yay məktəbi keçiriləcək.
Gürcüstan Yer Elmləri İnstitutunun direktor müavini Tea Qodoladze isə qeyd edib ki, bu təlimlər Azərbaycan, Gürcüstan, Amerikadan olan gənc mütəxəssislər və tələbələr üçün nəzərdə tutulub: “Biz ümidvarıq ki, bu təlimlər nəticəsində ortaq əməkdaşlıq üçün gözəl mühit yaranacaq və tərəflər bu qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsindən yararlana biləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR