Bank Of Baku

Təhsil Nazirliyində Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilib

Təhsil Nazirliyində Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları ilə görüş keçirilib
# 04 aprel 2012 09:44 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Təhsil Nazirliyində ekologiya və təbiəti mühafizə problemlərinə həsr edilmiş Ətraf Mühitin Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-Avrasiya) iştirakçıları ilə görüş keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, olimpiada aprelin 6-7-də Bakıda keçiriləcək və bu, Azərbaycanın dünyada daha yaxından tanınmasına şərait yaradacaq. Nazir deyib ki, olimpiadaya Azərbaycan da daxil olmaqla 43 ölkədən şagirdlər qatılıb: “Olimpiadanın təşkilat komitəsinə 400-dək layihə təqdim olunub. Onlardan 115-i seçilərək münsiflər heyətinin müzakirəsinə veriləcək”.

M. Mərdanov bildirib ki, Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasına qoşulan ölkələrin sayı ildən ilə artır. Olimpiadada 2007-ci ildə 17, 2008-ci ildə 30, 2009-cu ildə 31, 2010-cu ildə 33, 20011-ci ildə isə 35 ölkə iştirak edib: “2007-ci ildən keçirilən bu olimpiadada ekologiya və təbiəti mühafizə problemləri ilə bağlı müxtəlif layihələrdə iştirak edən azərbaycanlı məktəblilər 21 qızıl, 22 gümüş və 25 bürünc medal qazanıblar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR