Bank Of Baku

Azərbaycanda mina və partlamamış hərbi sursatların qurbanı olmuş 3 minədək şəxs var

Azərbaycanda mina və partlamamış hərbi sursatların qurbanı olmuş 3 minədək şəxs var
# 04 aprel 2012 13:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanda mina və partlamamış hərbi sursatların qurbanı olmuş 3 minədək şəxs var. Onların arasında 18-39 yaşlı kişilər üstünlük təşkil edir. APA-nın xəbərinə məlumatına görə, bu barədə «Minalar Əleyhinə Azərbaycan Kampaniyası» İctimai Birliyinin yaydığı məlumatda qeyd olunub.
Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyalarına Yardım Günü münasibəti ilə yayılmış məlumatda Azərbaycanın bütün regionlarında mina qurbanlarının olduğu bildirilib: «Atəşkəs müqaviləsi imzalandıqdan sonra 400-dək vətəndaşın minaların və partlamamış hərbi sursatların qurbanı olması qeydə alınıb. Bundan başqa, Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazdakı digər ölkələrdən 2 dəfə çoxdur. Azərbaycan hazırkı hərbi-siyasi vəziyyəti nəzərə alaraq Ottava Konvensiyasına qoşulmasa da bu sənəddən irəli gələn çoxlu sayda vəzifələri könüllü yerinə yetirir».

Məlumatda o da qeyd olunub ki, hazırda dünya ölkələrinin 80%-dən çoxu (159 ölkə) Minalar Əleyhinə Konvensiyanın (Ottava Konvensiyası) üzvüdür. Cənubi Qafqaz ölkələrinin də daxil olduğu 37 dövlət bu konvensiyaya qoşulmayıb. Son hesabatlara görə 66 ölkədə minaların məhv edilməsi əməliyyatları aparılır. Buna baxmayaraq, 2011-ci ildə dünyada 4191 nəfər yeni mina qurbanı qeydə alınıb ki, bu da hər gün 12 nəfərin mina qurbanı olması deməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR