Bank Of Baku

Azərbaycanda sterilizasiya qurğusu ilə bağlı tenderin qalibi Macarıstanın “İzotop” institutunun nümayəndələri Azərbaycana gəlib

Azərbaycanda sterilizasiya qurğusu ilə bağlı tenderin qalibi Macarıstanın “İzotop” institutunun nümayəndələri Azərbaycana gəlib
# 04 aprel 2012 14:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda sterilizasiya qurğusu ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) elan etdiyi tenderin qalibi Macarıstanın “İzotop” institutunun nümayəndələri Azərbaycana gəlib. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov bildirib. Onun sözlərinə görə, 5 nəfərdən ibarət heyəti dünən gəlib və ayın 7-dək Azərbaycanda olacaq: “Nümayəndə heyəti sterilizasiya qurğusu ilə bağlı layihənin son variantını razılaşdırmaq üçün gəliblər. Qonaqlar sterilizasiya qurğusu ilə bağlı həyata keçirilən layihənin detallarını dəqiqləşdirəcəklər və qurğu üçün tikiləcək binanın layihəsi ilə tanış olacaqlar”. A. Qəribov bildirib ki, nümayəndə heyəti bu gün Fövqəladə Hallar Nazirliyinin layihə institutu ilə birgə müzakirələr aparıblar: “Layihənin yekun variantı, dəm qazının ölçüsündən, aktivliyindən asılı olaraq binanın divarının qalınlığı dəqiqləşdirilir. Güman edirəm ki, bu ayın axırına həm sterilizasiya qurğusunun, həm də laboratoriyanın korpuslarının layihəsi hazır olacaq. Bundan sonra layihələr vəsait ayrılması üçün müvafiq dövlət qurumlarına təqdim ediləcək”.

A.Qəribov bildirib ki, qurğunun Azərbaycana nə zaman gətiriləcəyi maliyyələşmədən və tikintinin gedişindən asılıdır.

Qeyd edək ki, sterilizasiya qurğusunun alınması ilə bağlı Azərbaycanla AEBA arasında müqavilə ötən ilin dekabrın 21-də imzalanıb. Sterilizasiya qurğusu ilə bağlı AEBA-nın elan etdiyi tenderi Macarıstanın İzotop İnstitutu udub. Müqaviləyə əsasən, bir il müddətində sözügedən institut sterilizasiya qurğusunu Azərbaycana təqdim edəcək. Azərbaycan tərəfi isə öz növbəsində izotopların gücünü artırmaq üçün əlavə vəsait ödəyib. Qurğunun Azərbaycana gələn il gətiriləcəyi gözlənilir. O vaxta qədər isə Azərbaycanda sterilizasiya qurğusu üçün bina tikilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR