Bakıda xüsusi istedadlı uşaqlar üçün müasir ingilis məktəbi tikilir
«APA-Economics»in məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) təşəbbüsü ilə tikilən və tikintisi şirkət tərəfindən maliyyələşdiriləcək məktəb məşhur ingilis məktəbləri tipində inşa olunacaq.
Təməlqoyma mərasimində ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev və şirkətin nümayəndələri, eləcə də məktəbin işini təşkil edəcək İngiltərənin tanınmış “Gabbitas” məsləhətçi təhsil şirkətinin təmsilçiləri də iştirak edib.
Tədbirdə bildirilib ki, ingilis məktəbləri sisteminə məxsus standartlara uyğun fəaliyyət göstərəcək Bakı Müasir İstedadlar Məktəbində 1200 şagird təhsil alacaq. Burda məktəbəqədər, ibtidai və orta təhsil bölmələri fəaliyyət göstərəcək. Məktəbəqədər təhsil bölməsinə 3 yaş qrupunda 75-100 nəfər uşağın artıq bu ildən qəbulu nəzərdə tutulur. Tələbatın artacağı təqdirdə, 4 və 5 yaşlı uşaqların 2012-ci ilin sentyabrında və ya 2013-cü ilin yanvarında məktəbə qəbulu həyata keçiriləcək.
Məktəb kompleksində ümumilikdə 69 sinif otağı inşa olunacaq, hər birinin sahəsi 45 kv. m olan siniflər müasir üslubda tikiləcək və bütün zəruri avadanlıqlarla təchiz ediləcək. Bundan başqa, məktəbdə 100 şagird yerlik kitabxana, 600 nəfərlik akt zalı, iclas otaqları, pedaqoji heyət üçün iş otaqları, laboratoriyalar, idman zalı, hovuz, futbol və basketbol meydançaları, ibtidai və orta təhsil bölmələri üçün 250 və 300 yerlik bir neçə yeməkxana və mətbəx, eləcə də 120 yerlik yataqxana binası, tibb məntəqəsi, kompyuter otaqları və qeyri-tədris sahələri yaradılacaq.
Pulsuz fəaliyyət göstərəcək məktəbdə həm Bakıda, həm də respublikanın rayonlarında yaşayan uşaqlar təhsil ala biləcək. Rayonlardan olan şagirdlər məktəbin yataqxanasında yaşayacaqlar.
Mərasimdə qeyd olunub ki, beynəlxalq standartlara uyğun ən müasir tədris plan və texnologiyaları əsasında fəaliyyət göstərəcək Bakı Müasir İstedadlar Məktəbinin yaradılması prosesinə Böyük Britaniyanın bu sahədə zəngin təcrübəyə malik “Gabbitas” məsləhətçi təhsil şirkəti də cəlb edilib. Bu il martın 12-14-də həmin şirkətin Londondakı ofisində yeni tikiləcək məktəbin rəhbər vəzifələrinə pedaqoji heyətin işə qəbul edilməsi məqsədilə müsahibələr aparılıb. ARDNŞ əməkdaşlarının iştirakı ilə aparılan müsahibələrdə dünyanın müxtəlif ölkələrində ingilis məktəblərinin yaradılması işində böyük təcrübə qazanmış 50-dən çox iddiaçı arasından ən layiqli mütəxəssislər seçilib. Müsahibələrin nəticələrinə görə, məktəbin bütün rəhbərliyi xarici vətəndaşlar olacaq. Belə ki, məktəbin direktoru vəzifəsinə keçirilən beynəlxalq müsabiqənin qalibi Qrem Pollok, Məktəbəqədər təhsil bölməsinin və İbtidai təhsil bölməsinin rəhbəri vəzifələrinə elan olunmuş müsabiqənin qalibləri Alison Kuk və Kiz Cekson olub. Bu günlərdə bu vəzifələrə təyinatlar ediləcək.
Qeyd edək ki, məktəbdə bağça və məktəbəqədər təhsil bölməsi üzrə dərslər cari ilin sentyabr ayında, ibtidai və orta təhsil bölmələri üzrə dərslər isə 2013-cü ilin sentyabr ayında başlayacaq.
Sosial
Ötən ay 40 nəfər Azərbaycana readmissiya edilib
FHN: Zaqatala, Balakən və Ağstafada su dolmuş yerlərdə tədbirlər görülür - VİDEO
Şuşanın Kiçik Qaladərəsi kəndinə növbəti köç olub, açarlar təqdim edilib - YENİLƏNİB
Akademik Əjdər Məcidov vəfat edib
Xəbər Lenti
Rubio: ABŞ Suriyanı terrorizmin sponsoru olan dövlətlər siyahısından çıxarma prosesinə başlayıb
“Zirə” Konfrans Liqasında böyük hesablı qələbə qazanıb
Samuxda qəza olub, 3 nəfər ölüb, 1 nəfər yaralanıb - YENİLƏNİB
Türkiyə və ABŞ arasında freqat, korvet və sualtı qayıqların istehsalı və tədarükü müzakirə olunub
Ərdoğan: Trampın F-35 məsələsində Türkiyəyə münasibəti müsbətdir
Türkiyə prezidenti Cənubi Qafqaz məsələsinin hər an gündəmə gələ biləcəyini deyib
Ərdoğan: NATO müttəfiqləri arasında müdafiə sənayesi məhsullarının ticarətinə maneələr qalmamalıdır
Ərdoğan: F-16-larımız avqustdan etibarən Estoniyada yerləşdiriləcək
Tramp İranın bir nömrəli hədəfinin özü olduğunu deyib
Balakəndə selin apardığı kişinin meyiti tapılıb - YENİLƏNİB
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
Tramp: İki il əvvəl NATO ölkələri bizə gülürdü, indi isə hörmət edirlər
İran ordusu ABŞ hücumları zamanı ölənlərlə bağlı bəyanat yayıb
Tramp: NATO ölkələrinin əksəriyyəti müdafiə xərclərinin ÜDM-nin 5 faizinə çatdırılmasına razılaşıb
Tramp: İranla bağlı 47 il əvvəl atılmalı olan addımları atırıq
Türkiyə və Böyük Britaniya arasında təhlükəsizlik və müdafiə tərəfdaşlığı müqaviləsi imzalanıb
Qurbanqulu Berdiməhəmmədov Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
ADY: Sel Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ziyan vurub, qatarların hərəkəti məhdudlaşdırılıb
Putin Ukraynanın dron hücumlarından sonra yaşanan yanacaq böhranı ilə bağlı müşavirə keçirib
Rusiya dizel yanacağının ixracına qadağa qoyub
KİV: İran ABŞ ilə yekun saziş üzrə danışıqları dayandırdığını açıqlayıb
Türkmənistan Prezidenti Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verir! - YENİLƏNİB
Məktəbəqədər hazırlıq qrupları üzrə məktəb seçiminin başlayacağı tarix açıqlanıb
Tramp ABŞ-ın Ukraynanın hava məkanını bağlaya biləcəyini istisna etməyib
Ötən ay 40 nəfər Azərbaycana readmissiya edilib
Rəsmi Tehran: ABŞ və İran arasında əldə olunmuş memorandumun ləğvinin etirafı regionu oda atır
KMBİ Malayziya vətəndaşlarının yaratdığı “Any Unboxing” dələduzluq piramidasına qarşı əməliyyat keçirib - VİDEO
LİMAN ESTATE-BAKIDA YENİ YAŞAM STANDARTI
Tramp: Bu gün Putinə zəng edəcəm, o da müharibəni bitirmək istəyir
“Qarabağ”- “Vestri” oyunundan əvvəl fan zona təşkil olunacaq
FHN: Zaqatala, Balakən və Ağstafada su dolmuş yerlərdə tədbirlər görülür - VİDEO
13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir!
Tramp: İranın nüvə silahına malik olmasının qarşısını razılaşmasız da almaq olar
Rutte: NATO gələn il Ukraynaya azı 70 milyard avro dəyərində hərbi yardım göstərəcək
ABŞ Ukraynaya "Patriot" sistemlərinin istehsalı üçün lisenziya verəcək
Tramp: Ukraynanın Rusiyanın dərinliklərinə zərbələri müharibəni sona çatdıra bilər
Katex çayı sahilində köməksiz qalan şəxs xilas olunub - YENİLƏNİB - VİDEO
NATO: İran nüvə silahına malik olmamalı, Hörmüz boğazından sərbəst keçidi təmin etməlidir
Tramp: Bu gecə İrana çox ağır zərbələr endirə bilərik
"Reuters": Tramp NATO liderləri ilə qapalı görüşlərdə ABŞ-ı ittifaqda saxlamaq istədiyini deyib
Rusiya miqrant işçilərə dair tələbləri sərtləşdirib: gəlir vergisi ödəməli olacaqlar
NATO 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracağını bəyan edib
Xüsusi nümayəndə: Aİ Azərbaycan və Ermənistanla Cənubi Qafqazda nəqliyyat marşrutlarının inkişafını müzakirə edir
NATO "Ankara Bəyannaməsi"ni qəbul edib
Papuaşvili ATƏT PA-nı Gürcüstana qarşı ədalətsizlikdə ittiham edib
Qanunsuz orden-medallar təsis etməkdə ittiham olunan QHT rəhbərinə hökm oxunub
“Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı İşçi qrupun ikinci iclası keçirilib