Bank Of Baku

Azərbaycanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur keçiriləcək

Azərbaycanda Heydər Əliyevin xatirəsinə həsr olunmuş velotur keçiriləcək
# 05 aprel 2012 09:47 (UTC +04:00)
Bakı-APA. Mayın 9-13-də Heydər Əliyevin xatirəsinə həsr olunmuş ilk beynəlxalq velotur keçiriləcək. APA-nın məlumatına görə, tur Azərbaycanda velosiped idmanı üzrə keçiriləcək ilk peşəkar yarış olacaq. Beş mərhələdən ibarət tur Bakı küçələrində komanda yarışları ilə başlayacaq və beş gündən sonra yenidən Bakı şəhərində yekunlaşacaq. Bakıda keçiriləcək komanda yarışlarından sonra, əsas yarışçı qrupu Böyük Qafqaz dağlarına doğru istiqamətlənəcək.
Velotur Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqvim planına daxil edilib. Yarışın təşkilatçıları Azərbaycan Velosiped idmanı Federasiyası, Gənclər və İdman Nazirliyi və Almaniyanın “FreundeEventlogistik” şirkətidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR