Bank Of Baku

BDU və Ankara Universiteti bakalavr səviyyəsində hüquqşünas hazırlığı ilə bağlı ikili diplomların verilməsi barədə Memorandum imzalayıb

BDU və Ankara Universiteti bakalavr səviyyəsində hüquqşünas hazırlığı ilə bağlı ikili diplomların verilməsi barədə Memorandum imzalayıb
# 05 aprel 2012 12:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov Ankara Universitetinin prorektoru Arqun Karacabəyin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə hər iki universitetin rəhbərliyi bakalavr səviyyəsində beynəlxalq standartlara uyğun hüquqşünaslıq ixtisası üzrə ikili diplomun verilməsi (tanınması), gələcəkdə bu prosesin davamı kimi magistratura və doktorantura pillələrində kadr hazırlığı baxımından elmi əməkdaşlığın qurulması istiqamətində fikir mübadiləsi aparıblar. Sonra BDU və Ankara Universiteti arasında birgə bakalavr səviyyəsində hüquqşünas hazırlığı ilə bağlı hüquq təhsili, ikili diplomların verilməsi barədə Memorandum imzalanıb.

Memoranduma əsasən bu tədris ilindən başlayaraq hər tərəfdən 30 nəfər tələbə, cəmi 60 nəfər ikili diplom almaq üçün 1-ci kursa qəbul ediləcəklər. 60 tələbə həm Türkiyə, həm də Azərbaycanın ikili diplomlarını alacaq və həmin diplomlar hər iki ölkədə tanınacaq. Həmçinin ikili diplom verilməsi ilə bağlı birgə tədris prosesi BDU-da türk və Azərbaycan dillərində aparılmaqla Avropa Kredit Transfer Sisteminə (ECTS) uyğun olaraq həyata keçiriləcək. Tərəflərin öhdəliklərində qarşılıqlı elmi-tədqiqatların və elmi mübadilənin, birgə elmi konfransların keçirilməsi, ikili diplom proqramı ilə əlaqədar hər növ elan, reklam, təqdimat və sərgilərin təşkil edilməsi ilə bağlı əməkdaşlığın təmin edilməsi, Birgə Tədris Proqramını müvəffəqiyyətlə bitirən tələbələrə ikili diplom verilməsi kimi məqamlar öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR