Bank Of Baku

Xaricdə təhsil alan tələbələrin təhsil haqlarının köçürülməsində ləngimələrin qarşısını almaq üçün xüsusi proqram təminatı həyata keçiriləcək

Xaricdə təhsil alan tələbələrin təhsil haqlarının köçürülməsində ləngimələrin qarşısını almaq üçün xüsusi proqram təminatı həyata keçiriləcək
# 05 aprel 2012 13:48 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilən tələbələrin təhsil haqlarının köçürülməsində heç bir ləngimə halları olmayacaq. Çünki bu proseslərin daha operativ həyata keçirilməsi üçün Dövlət Neft Fondu ilə məsləhətləşmələr aparılıb, növbəti tədris ilində bununla bağlı xüsusi proqram təminatı həyata keçiriləcək”. Bu sözləri təhsil nazirinin müavini Qulu Novruzov APA-nın sualını cavablandırarkən deyib. O bildirib ki, sifarişlə hazırlanmış proqram təminatı ödənişlərin çatdırılması ilə bağlı bəzi prosedurların təxirə salınmasına imkan verəcək: “Bu da tələbələrə ödənişlərin daha operativ şəkildə çatdırılmasına səbəb olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR