Bank Of Baku

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 9% artıb

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 9% artıb
# 05 aprel 2012 14:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5% artaraq 368,4 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı neft sektorunda 1 297,2 manat, qeyri-neft sektorunda 342,5 manat, dövlət bölməsində 308,3 manat, özəl bölmədə isə 467 manat olub.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində orta aylıq əmək haqqı daha yüksək olub.

«Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 198,9 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 355,4 manat təşkil edib», - deyə Komitədən bildirilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta siyahı sayı 1 361,7 min nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR